İclasda Olan Alimə Atılan Əsassız Kölgə

İclasda Olan Alimə Atılan Əsassız Kölgə
Dövlət tədbiri keçirilir və
Müstəqillik Günündə rəsmi iclas baş tutur. Həmin iclasda ölkənin dilçilik elmini təmsil edən bir alim Nadir Məmmədli iştirak edir. Bu faktın özü artıq onun mövqeyinin və nüfuzunun göstəricisidir.
Həmin vaxt o, dövlət tədbirində, rəsmi iclasda öz vəzifə borcunu yerinə yetirirdisə, iki şəxsin mübahisəsinə görə onu məsuliyyətə cəlb etməyə çalışmaq nə dərəcədə ədalətlidir? İclasda iştirak edən bir rəhbər kənarda baş verən şəxsi qarşıdurmaya necə cavabdeh ola bilər? Məntiq də, hüquq da bunu qəbul etmir.
Əgər hansısa şəxslər arasında daxili mübahisə və ya xoşagəlməz hadisə baş veribsə, bunun məsuliyyətini dövlət tədbirində iştirak edən bir alimə yükləmək nə məntiqə, nə də ədalətə sığır. Şəxsi qarşıdurmaları böyüdüb, bir professorun adını mediaya çıxarmaq elmə xidmət deyil bu, sadəcə ucuz sensasiya cəhdidir.
AMEA Nəsimi adına Dilçilik İnstitutu ölkənin aparıcı elmi ocaqlarından biridir. Bu ocağın rəhbərini əsassız şəkildə hədəfə almaq, əslində, institutun nüfuzuna zərbə vurmaqdır.
Elm mühit intriqa meydanı deyil. Əgər kimsə özünü təsdiq etmək istəyirsə, bunu dedi-qodu ilə yox, elmi əsərləri ilə etməlidir.
Unutmaq olmaz ki, böyük adlar illərlə formalaşır.
Professor adı təsadüfən qazanılmır. Bu ada çatmaq üçün ömür sərf olunur. Onu ləkələməyə çalışanlar isə tarixdə deyil, yalnız müvəqqəti sayt başlıqlarında qalırlar.
Nadir Məmmədli kimi alimlər şəxsi ambisiyalardan yüksəkdə dayanırlar. Çünki onlar vəzifə daşımırlar məktəb yaradırlar. Belə alimlər hər yüz ildə bir yetişir.
Bəs indi hər kəs öz vicdanına sual versin… dövlət iclasında rəsmi vəzifəsini yerinə yetirən bir institut rəhbəri iki nəfər arasında baş verən mübahisəyə görə hansı məntiq və hansı ədalət prinsipi ilə günahlandırıla bilər?
Prezident mükafatçısı
AJB-nin üzvü Sona Abbasəliqızı


