Weather Data Source: havadurumuuzun.com

Futbolda qalib gəldik

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb. B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.

Qolumuzu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Qeyd edək ki, görüş Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.

 

Top