Qəhrəmanlar unudulmur

Qəhrəmanlar unudulmur
Bu gün, 16 fevral Mingəçevir Şəhərindəki Milli Qəhrəman Natiq Qasımov adına 4 saylı məktəbdə şəhidlərə həsr edilmiş “Qəhrəmanlar unudulmur” devizi altında tədbir keçirildi. Tədbiri gənc yazar, Mingəçevir yazıçılar birliyinin üzvü şair Nərmin Əliyeva hazırlamışdı.
Tədbirdə Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Açılış üçün söz N.Qasımov adına 4 saylı məktəbin direktoru Zaur Museyibova verildi. Zaur müəllim burada iştirak edən şəhid ailələrini və qonaqları salamladı. Bu görüşün məktəbdə keçirilməsini, məktəblilərdə vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini göstərdi.
Milli Qəhrəman N. Qasımovun qardaşı Nofəl Qasımov yığıncaq iştirakçılarını öz ailəsi adından təşəkkür etdi.
Görüşə gəlmiş İH-nin nümayəndəsi Seymur Hidayətov ərazi bütövlülümüz uğrunda döyüşlərdə igidlik göstərən şəhidlərimiz, qazilərimiz haqqında belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi. 2024-cü ilin 25 iyunda Natiq Qasımova Milli Qəhrəman adının verdiyinə görə Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandan İ.Əliyevə təşəkkürünü bildirdi.
Şəhid Alim İbrahimovun qardaşı, şəhid Ruslan Cəfərlinin atası Nəcəf Cəfərli də çıxış edərək tədbir iştirakçılarına şəhidləri yada saldıqlarına görə minnətdarlıq etdilər.
Görüşə dəvət olunmuş şair-publisist Məmməd Mərzili qarşıdan gələn 26 fevral Xocalı soyqırımı haqqında, şəhidlərimizin məktəblərdə təbliğ olunmasından danışdı. Xocalıya həsr olunmuş şeirini söylədi.
Görüşdə iştirak edən “Kür” hazırlıq mərkəzinin direktoru Rübail Nəbiyev, tarix müəllimi Xəqani Qarayev belə tədbirlərin məktəblərdə tez-tez keçirilməsini arzuladılar. Tədbirə dəvət aldıqlarına görə təşəkkür etdilər.
Sonra tədbiri hazırlayan Nərmin Əliyevanın oğlu Həmzə Səyyar oğlu Ali Baş komandan İ. Əliyev haqqında şeir söylədi. Sonra Nərmin xanım Natiq Qasımova yazdığı şeirini oxudu.
Tədbiri bağlayan N.Qasımov adına 4 saylı məktəbin direktoru Zaur müəllim gələn qonaqlara öz təşəkkürünü bildirdi.
“Qəhrəmanlar unudulmur” tədbirini fotoqraf Esmira Hidayətqızı, operator Rahim Məmmədov işıqlandırdılar.

Məmməd Mərzili
Şair-publisist, AJB-nin üzvü


