Aysel Nəsirzadənin yeni şeirlər kitabı işıq üzü görüb

AYSEL NƏSİRZADƏDƏN YENİ ŞEİRLƏR KİTAB
Tanınmış şair, yazıçı, publisist, tərcüməçi, naşir Aysel Nəsirzadənin yeni şeirlər kitabı işıq üzü görüb. “Kritika” nəşriyyatında “Poeziya seriyası – 1” silsiləsindən nəfis şəkildə çap olunmuş kitab “Gerisi nağıl” adlanır. Arıq kitabın içindəkilər barədə müəyyən fikir oyadan adı uğurlu seçim kimi dəyərləndirmək olar. Aysel xanım yeni kitabı haqqında öz təəssüratlarını bölüşüb:
“Əziz dostlar,
Sevinclə bölüşmək istəyirəm ki, “Gerisi nağıl” adlı şeirlər kitabım artıq çapdan çıxıb. Kitab Kritika nəşriyyatında işıq üzü görüb və bu, nəşriyyatın poeziya seriyasında ilk kitabdır. Bu mənim üçün həm qürurverici, həm də çox həyəcanlı bir başlanğıcdır.
“Gerisi nağıl” – içimdən keçənlərin, susub danışan duyğuların, xatirələrin və ümidlərin misralara çevrilmiş halıdır. Hər şeir bir az yol, bir az yaddaş, bir az da ürək söhbətidir. İnanıram ki, bu kitabın səhifələrində hər kəs özündən bir parça tapacaq.Kitabın redaktoru Gündüz Sevindik,korrektoru Yeganə Əhmədovadır.Ön sözün müəllifi isə dəyərli xalq şairi Sabir Rüstəmxanlıdır.Hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm.
Çəkdikləri zəhmətə, göstərdikləri diqqətə və bu məsuliyyətli işə ürəklə yanaşdıqlarına görə kitabımın naşiri Zaur Həsənzadə və dəyərli Sayalı xanıma səmimi təşəkkürümü bildirirəm. Bu kitabın ərsəyə gəlməsində onların əməyi və dəstəyi xüsusi yer tutur.
Kitabı artıq aşağıdakı mağazalardan əldə edə bilərsiniz:
Libraff mağazalar şəbəkəsi
Kitabevim.az
Qlobus 28 may filialı
Milli book cafe 28 may filialı
Çinar kitab evi
Akadem kitab – Elmlər Akademiyası
Ali Nino mağazalar şəbəkəsi
Sinkod kiyab evi
Kitabyurdu kitab evi
Kitabıstan
Kitabevin book cafe – Xırdalan
Məktəbli kitab evi – Qəbələ
Oxuyan, paylaşan, dəstək olan hər kəsə əvvəlcədən təşəkkür edirəm. Sözün yolçuluğunda sizin varlığınız ən böyük gücdür.”
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Aysel Nəsirzadəi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.!
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


