İLİN QALA GECƏSİ..

İLİN QALA GECƏSİ..
Bu günlərdə Nizami Kino Mərkəzində ” Biznes Mərkəzi Klubu” nun təşkiilatçılığı ilə ilin ən nüfuzlu biznes tədbirlərindən biri– möhtəşəm tədbirı keçirildi.Tədbirdə yerli və xarici şirkət rəhbərləri, dövlət qurumlarının nümayəndələri,300- dən artıq sahibkar,investor və media təmsilçiləri iştirak edirdi. Tədbirin aparıcısı Nərmin xanım sözü ” Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirliyə verdi.O,çıxışında ötən il ərzində həyata keçirilən yerli və beynəlxalq layihələrdən ,eyni zamanda 2026- cı il üçün planlaşdırılan strateji hədəflərdən bəhs etdi.Qeyd etdi ki , Klubun Türkiyə nümayəndəliyi ilə yanaşı Avropa nümayəndəliyi yaxın zamanda fəaliyyətə başlayacaq.
Gecədə maraqlı məqamlardan biri də”Biznez Mərkəzi Klubu” ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzi arasında əməkdaşlıq Memorandumunun imzalanması oldu.Memorandum aqrar sahədə innovativ yanaşmaların təşviqi,sabibkarlığın inkişafı və birgə layihələrin icrasını nəzərdə tutur.Agrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında Mərkəzin fəaliyyəti və görüləcək içlər barədə məlumat verdi.Eyni zamanda qeyd etdi ki, memorandum hər iki tərəf üçün uğurlu əməkdaşlığa zəmin yaradacaq.
Türkiyəli qonaqlar Beşir Kamal, Çingiz Ay, Ukraynadaki ” Natəvan ” cəmiyytinin təmsilçisi Yusif Cəfərov, diğər çıxışçılar Sakit Səmədov,,Vüqar Zeynalov,Rəşad Abbasov,Leyla Hacıyeva, Anar Cəfərov, Ramiz Şükürov, Aynur Qaraqurbanlı və başqaları çıxışlarında ” Biznes Mərkəzi Klubu”nun onların fəaliyyətindəki rolundan ətraflı danışdılar…..
Bundan sonra mükafatlandırma mərasimi başlandı.Burada maliyyə, bankçılıq,ticarət, HR, media, startap, təhsil və sahibkarlıq sahələrii üzrə müxtəlif nominasiyalara ğörə elan olunmuş qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim olundu……..

Nəzakət Kərimova-Əhmdova


