Weather Data Source: havadurumuuzun.com

Elman Eldaroğlu anadan olmasının 60 illik yubileyi münasibətilə təltif olunub

Tanınmış jurnalist Elman Eldaroğlu anadan olmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Fəxri fərmanı” ilə təltif olunub. “Fəxri fərmanı” AYB-nin sədri Xalq yazıçısı Anar müəllim şəxsən özü təqdim edib.

Elman Eldaroğlu görüş və təltif barədə təəssüratlarını bölüşüb:

“Təşəkkür edirəm, Anar müəllim- AYB!

Bu gün xalq yazıçısı Anar müəllimin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyində oldum. Qısa söhbətdən sonra Anar müəllim məni təbrik edib, 60 illik yubileyimlə bağlı “Fəxri Diplom” təqdim etdi. Söhbət əsnasında ona Çörçilin bu sözlərini- “Demokratiya ideal quruluş olmasa da, indiyə qədər sınaqdan çıxmış ən yaxşı idarəetmə formasıdır.”- xatırladıb əlavə etdim ki: “Barənizdə özündən müştəbehlər nə qədər tənqidi fikirlər səsləndirsə də, bu gün AYB-yə rəhbərlik etməyə sizin qədər haqqı çatan ikinci adamı tanımıram.”

Nə qədər haqlı olduğuma əminəm. Çünki yaxşı bilirəm ki, Anar müəllimin AYB-dən uzaqlaşması, bu təşkilatın bugünkü imkanlardan məhrum olunması deməkdir və nə vaxtsa Azərbaycan Yazıçılar Birliyi də Azərbaycan Jurnalistlər Birliyi kimi imkansız bir təşkilata çevriləcək…

Mənə göstərdiyi diqqətə görə, AYB-nin sədri, Azərbaycan nəsrinin sonuncu mogikanı Anar Rzayevə minnətdarlığımı bildirirəm.
Bəli, hələ ki, ədəbiyyatımız Anardan güclü yazıçı yetişdirə bilməyib…”

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Elman Eldaroğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.!

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top