Şair Nəcməddin ” Dünyaya borcluyam “

Şair Nəcməddin ” Dünyaya borcluyam “ 1953 ilin dekabr ayının 5 – ində Dəvəçi rayonunun( indiki Şabran) Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960 – ci ildə həmin kənddəki məktəbin l sinfinə daxil olub.1961 ci ildə ailəsinin Siyəzən şəhərinə köçdüyünə görə ,1970 ci ildə C.Cabbarlı adına Siyəzən şəhər 1 nömrəli orta məktəbi bitirib.Həmin ildə APİ- nin( indiki ADP) riyaziyyat fakultəsinə daxil olub.Təhsil aldığı illərdə özünü nümunəvi və fəal tələbə kimi göstərdiyinə görə o,qrup komsomol təşkilatı katibi, fakultə həmkarlar təşmilatının büro üzvü kimi ictimai vəzifələr daşımışdl. 1974 – cü ildə institutu bitirən Nəcməddin ,rayonun Böyük Həmyə kənd 8- illik məktəbinə ixtisası üzrə müəllim təyin olunub. 1977- ci ildə isə həmin məktəbə direktor təyin edilib. 1978 ci ildə həmin məktəb orta məktəbə çevrilir və o,yenidən direktor təyin olunur.
Nəcməddin müəllim 2008- ci ildən 2023 cü ilədək vaxtilə təhsil aldığı Siyəzən .şəhər CCabbarlı adına 1 nömrəli orta məktəbdə direktor olmuşdur.Fəaliyyəti dövründə elm,ədəbiyyat xadimləri haqqında maraqlı yazılarl ilə mətbuatda çıxış etmişdir. Hazırda təqaüddə olan Nəcməddin müəllim Siyəzən rayon Ağsaqqallar Şurasının sədr müavinidir.Ailəlidir, 3 övladı var.
Ədəbi fəaliyyətə maraqlı məqalələri və şeirləri ilə başlamışdır.Yaradıcılığı yüksək dəyərləndirilmişdir
1985 ci ildə respublikanın ” Xalq Maarifi Əlaçısı” döş nişanı, 2008 ci ildə ” Tərəqqi ” medalı,,2014 cü ildə “Qızıl Qələm”,2015 -ci ildə ” H.B.Zərdabi” Media Mükafatına , C Novruz Mədəniyyət Fondunun Mükafatına layiq görülmüşdür. 2015 ci il onun üçün uğurlu olmuşdur, belə ki, həmin il o,”Əməkdar Müəllim” fəxri adını almişdlr.2018 ci ildə Prezident Təqaüdünə layiq görülüb. Onun haqqında şair və yazıçı Əlirza Xələfli ” Dağdan dənuzə doğru” kitabını yazıb.Müxtəlif təşkilatlarln diplomllarına, Beynəlxalq Rəsul Rza mükafatına layiq görülən Nəcməddin Mürvətov 24 şeir kitabının müəllifidir.
2003 cü ildən AYB- nin üzvü olan Nəcməddin müəllim öz ürək sözlərini ” Dünyaya borcluyam” adlı 25 -ci kitabında verə bilmişdir. Ona bu şərəfli yolda, yeni ədəbi- bədii fəaliyyətində bol uğurlar və möhkəm can sağlığı arzulayıram.Aşağıda onun bir neçə şeirini veririk:
Hələ qalıb
Yalan, hədyan ilə tutub dünyanı,
İnanan yox, doğru olan adam var.
Arayanlar əyriliyə imkanı,
Doğrulara oğru deyib çəkir car.
Sözlər sanki dəyişdirib mənanı,
Sağ sol olub, solsa sağın yerində.
Ağ yerinə sırıyırlar qaranı,
Tərs avanddır şərti xeyir, şərində.
Hərə bir cür oyun qurur qazana,
Gözü qıpıq qalanlar da deyil az.
İrad tutan yox yolunu azana,
Təriflənir sərsəm, sarsaq, yaramaz.
Quranlar çox kor şeytanla ittifaq,
Sala bilə kimi necə cəncələ.
Haqsızlardır haqlılara edən lağ,
Gülüb deyir şərim yoxdur, bax hələ.
Hərə bir cür haqlı sayır özünü,
Yalançı da, fırıldaq da, oğru da.
Lap hərdən bir deyənlər var düünü,
Deyən, qalıb az olsa da doğru da.
05. 07. 2025.
İndi yadam
Haqq deyərdi, danışardı həmişə,
İndi onun nahaqqının sanı yox.
Beləliyi dönüb onda vərdişə,
Yaşamının yalansızlıq anı yox.
Uymağıyla fitnəsinə şeytanın,
Görüb yəqin o haramın dadını.
Bax bundandır ötürmür də imkanın,
Qazanc üçün düşünmədən adını.
Fikri-zikri ona-buna yarına,
Bəlkə hardan nəsə tuta, götürə.
Ucuz qiymət qoyub abır, arına,
Eyhamlara heç baxmayıb ötürə.
Təəccübəm, həminkimi bu adam ,
Əvəzinə and içdiyim bir zaman?
İndi onla ruhən uzaq çox yadam,
İnsan necə dəyişərmiş, ay aman.
Təəssüfüm hududsuzdur bu hala,
İnanmazdım ucuzlaşar bu qədər.
Hazıram ki, didəm onu az qala,
Düzəlməz, yox, olar bu da boş, hədər.
19.06.2025
İn

NƏZAKƏT EMİNQIZI, Yazar publisist,AYB,AJB və R.E N klubun üzvü..


