Weather Data Source: havadurumuuzun.com

Etibar Həsənzadəyə KaracaKurt Köyleri Türkmen Derneği Genel Başkanı Serdar Güneşden anlamlı hədiyyə

Etibar Həsənzadəyə KaracaKurt Köyleri Türkmen Derneği Genel Başkanı Serdar Güneşden anlamlı hədiyyə

Karacakurt Köyleri Türkmen Derneği Genel Başkanı Serdar Güneş tərəfindən Yazar Etibar Həsənzadəyə dəyərli və anlamlı hədiyyələr göndərilmişdir.
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.
Məni və “Qarabağ Azərbaycandir” adlı layihəmin bütün iştirakçılarini Onur Belgesi ilə mükafatlandirdigina, mənə dəyərli və anlamlı hədiyyələr gondərdiyinə görə Karacakurt Köyleri Türkmen Derneği Genel Başkanı Serdar Güneş bəyə təşəkkürümü bildirirəm.
Allah ömür versin, Allah sizdən razı olsun.
Mənə göndərilən hədiyyələrin içərisində
Türk Bayrağı
Miniatür bağlama
Türkmen Yaylığı (dərnəyin logosu ilə)
Keyfiye (müxtəlif rəngləri olan yaylıq)
Türk Bayrağı tokasi vardır.

Türkmen Yaylığı Türkmen alanında çox məqsədli istifadə olunan bir yaylıqdır. Əslində bu yaylıq (logosuz) süfrə kimi, içinə ərzaq məhsulları qoyub bağlayınca ərzağı daşımaq üçün, günəşdən qorunmaq üçün başa bağlanır, çiyinə asılaraq tər silmək üçün keçmiş zamanda istifadə olunurdu.Günümüzdə Türkmen toylarında və ya proqramlarda istifadə olunur.
Keyfiye. Türkler Türküstandan Anadolu içlərinə böyük köç edərkən belə qərara gəlirlər ki, bir- birlərini tanımaq üçün göy qurşağındaki rənglərlə bəzədilmiş parçaları boyunlarına bağlayar, çadırlarının bir köşəsinə asardılar ki, bir-birlərini və ya bir obanı görərkən o kişinin Türkmen, obanın isə Türkmen obası olduğunu bilsinlər.
Keyfinin üzərindəki rənglərin hər birinin bir anlamı var:
Qırmızı rəng türklüyü və türk bayrağının rəngini;
Yasil dinimizi;
Sari bolluq və bərəkəti;
Ag saflığı və durulugu;
Bənovsəyi xoşgörünü təmsil edir.
Karacakurt bir Türkmen obasınin adıdır.
Karacakurt Türkmenleri Oğuz soy silsiləsində Bozok qolundan Yıldızhandan olma Beydilli boyuna bağlı bir Türkmen oymağıdir.
Sıx olaraq Anadoluda, Kırşehir və Nevşehir bölgəsində yaşayırlar.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top