Weather Data Source: havadurumuuzun.com

“Sabah bizi çox çətin matç gözləyir” – “Qarabağ”la oyundan əvvəl bu ifadəni işlətdi

“Qarabağ” tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır”. Bu sözləri “Liverpul”un futbolçusu Ceremi Frimponq deyib.

Və əlavə olaraq bu açıqlamanı edib:

“Almaniyanın “Bayer 04” klubunda çıxış edərkən “Qarabağ”a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı çıxış etmişdilər. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. “Qarabağ” tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik”.

Qeyd edək ki, görüş yanvarın 28-dən 29-na keçən gecə 00:00-da baş tutacaq.

Top