Zaur Ustac – Cövhər

CÖVHƏR
Əgər yoxsa,
bircə zərrə
o atəşdən;
ya ruhunda,
ya cismində…
Min cür
eyib axtaracaq,
qoca Turanın ismində.
Çaqqal kimi doğulanlar
çaqqal kimi sürünəck,
dərələrdə sümsünəcək!
Zirvələrdir qurdun yeri,
şahinlərin yurd-yuvası…
Əyri-müyrü nəyiniz var;
milyon-milyon
sizin olsun…
Bizə yetər;
uca Türkün tək Tanrısı!!!
23.01.2026. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


