Weather Data Source: havadurumuuzun.com

2025-2026-Cİ TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASINDA TƏLƏBƏLƏRİMİZ UĞURLA İŞTİRAK EDİRLƏR

2025-2026-Cİ TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASINDA TƏLƏBƏLƏRİMİZ UĞURLA İŞTİRAK EDİRLƏR

Cəmiyyətin çox mühüm tərkib elementi olan təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. XXI əsrin əvvəllərində şəxsiyyətyönünlü, nəticə yönümlü; tədris-təlim prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisidir.Təhsildə keyfiyyət dedikdə onun qarşısında qoyulan məqsədə hansı səviyyədə nail olunması başa düşülməlidir. Başqa sözlə təlim- tərbiyə prosesində keyfıyyət, təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir.
2025-2026-cı tədris ilinin qiş imtahan sessiyasinda tələbələrimizin uğurla iştirak etmələri üçün Azərbaycan Dövlət Pedaoji Universitetinin rektoru professor Cəfər Cəfərovun, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun, Tədris departamentinin müdiri dosent Sənan Əliyevin, İmtahan və monitorinq,qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımovun umtahanların keçrilməs zamanı şəffaflığın təmin olunması, tələbələr üçün məsləhət saatlarının keçirilməsi , şəhid ailələrinə, qazilərə ,müharibə veteranlarına diqqət və qayğı göstərilməsi tövsiyələri fakültə rəhbəriliyi ,kafedraların professor müəllim heyəti, dekanlığın əməkdaşları tərəfindən diqqətdə saxlanılır.
Müasir şəraitdə peşəkar mütəxəssislərin hazırlığı bütövlükdə cəmiyyətin və əmək bazarının, xüsusi halda isə təkcə ona verilmiş informasiyalar əsasında deklarativ xarakterli biliklərin formalaşdırılmasını deyil, həm də sosial və peşəkar əhatə ilə qarşılıqlı təsirlərə dair bacarıq, vərdiş və səriştəlilik formalaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır.Yeniliklərin tədris prosesinə gətirilməsi təmin edilməli, müəllimlərin peşəkarlığı daima yüksəldilməli, pedaqoji səriştəliliyə dair ehtiyacların vaxtında ödənilməsi üçün şərait yaradılmalıdır.ADPU-nun İncəsənət və Fiziki tərbiyə fakültəsındə QIŞ imtahan sessiyasının kecirilməsi üçün lazımi hazırlıq işləri aparılmışdır. Fakültə dekanı Sos.ü.f.dok.Anar Fərmayılovun rəhbərliyi altında kafedraların professor müəllim heyəti, bütün personal imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün səylə çalışmışlar. Təbii imtahanlar zamanı tələbələrin uğurları fakültənin, fakültələrin uğurları Universitetdə tədrisin keyfiyyətinin əsas göstəricisi olduğundan daim diqqətə saxlanılır! Fakültənin İncəsənət müəllimliyi ixtisası üzrə:- Rəsm-1, Rəsm-3, Rəngkarlıq-1, Rəngkarlıq-3, Akademik rəsm. Dekorativ tətbiqi sənət, Heykəltaraşlıq fənnlərindən;Musiqi müəllimliyi ixtisası üzrə :- Əlavə musiqi aləti, Dirijorluq-2, Vokal ansamblı, Xor sinifi-1, Xor sinfi-3 fənnindən Qış İmtahan sesiyasının nəticələrinin tətil edilməsi, imtahan sessiyasıda tələbələrin uğurlarla iştirakı üçün lazımı hazırlıq işlərinin aparılması nəticələri imtahanların gedişində öz təsdiqini tapır. İlkin nəticələr bunu deyəyə əsas verir.İmtanların gedişi, fakültə üzrə koordinatorların imtahanda iştirak və s.çari məsələr vaxtaşırı müzakirə olunur, imtahanlar haqqında gündəlik rəhbərliyi məlumatlat təqdim edilir! İmtahanlar uğurla davam edir!

Zülfiyyə Vəliyeva
Fakültə üzrə koordinator rəhbəri
ADPU-ETM-nin elmi işçisi ,
Respublikanın əməkdar müəllimi

Top