Weather Data Source: havadurumuuzun.com

“Şəhidlərimizin Ruhu Zəfər Yürüşü İlə Şad Oldu”

“Şəhidlərimizin Ruhu Zəfər Yürüşü İlə Şad Oldu”

20 Yanvar…
Bu tarix təkcə təqvimdə bir gün deyil — bu tarix Azərbaycan xalqının yaddaşına qanla, qeyrətlə, qürurla yazılmış şərəf və mübarizə salnaməsidir.
1990-cı ilin 20 Yanvar gecəsi sovet imperiyasının zirehli texnikası Bakı küçələrinə daxil oldu. Günahsız insanlar — qadınlar, uşaqlar, qocalar yalnız bir amal uğrunda şəhid oldular: Azadlıq!
O gecə güllələr insanları yox, əsarəti hədəf aldı. O gecə tökülən qan Azərbaycanın müstəqillik yolunun möhürü oldu.
20 Yanvar Şəhidləri yalnız bir dövrün qurbanları deyildi. Onlar gələcək nəsillərin başını dik tutması üçün canını fəda edən azadlıq mücahidləri idi. Onların qanı torpağa qarışdı, amma ruhu bu xalqın vicdanına çevrildi. Həmin vicdan bizi susmağa qoymadı, qorxmağa imkan vermədi.
İllər keçdi…
Azərbaycan daha ağır sınaqlardan çıxdı. Qarabağ dərdi, şəhid tabutları, göz yaşı içində böyüyən nəsillər…
Və nəhayət, Zəfər Yürüşü!
2020-ci ildə azadlıq yolunda şəhid olanların ruhu 20 Yanvar Şəhidlərinin ruhu ilə qovuşdu. Çünki 44 günlük Vətən müharibəsində qazanılan Qələbə — 20 Yanvarın yarımçıq qalan fəryadının cavabı idi.
Bu gün azad dalğalanan bayraq, işğaldan azad edilən torpaqlar, qürurla səslənən Azərbaycan adı — Şəhidlərimizin ruhuna verilmiş ən böyük hesabatdır.
Bəli, bu gün deyə bilərik:
Şəhidlərimizin ruhu Zəfər Yürüşü ilə şad oldu.
Onların qanı yerdə qalmadı. Onların arzusu gerçək oldu.
Bu xalq sındırılmadı, bu Vətən diz çökmədi!
20 Yanvar — matəm olduğu qədər qürur günüdür.
Bu gün susaraq yox, başı dik, qəlbi dolu anılır.
Çünki şəhidlər ölmür, Vətən yaşadıqca yaşayır!
Ruhunuz şad olsun, ey Azadlığın şəhidləri!
Azərbaycan sizi unutmadı və heç vaxt unutmayacaq!

 

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top