YAQUB SƏMƏDLİ – Xocalı harayı

YAQUB SƏMƏDLİ
Səmədov Yaqub Abbasqulu oğlu (Yaqub Səmədli) 1963-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Hal-hazırda ADPU-nun Ağcabədi filyalında tarix fənni üzrə müəllim işləyir. Tarix üzrə fəlsəfə doktorudu. Ədəbiyyatı, şeir yazmağı sevir. Müntəzəm olaraq şeirləri mətbuat orqanlarında çap olur. 2024-cü ildə KİV tərəfindən “Zəfər” medalı ilə təltif edilib. İki kitab müəllifidir. Bir neçə fəxri fərmanla təltif olunub.
Xocalı harayı
Xocalım, Xocalım, can, ay Xocalım!
Xocalım, Xocalım, can, ay Xocalım!
Qaniçən düşmənin qanlı əliylə,
Gecənin birində, yandı Xocalım…
Şaxtalı havada, qarlı qış günü,
Düşmən gülləsinə tuş gələn günü,
Ana qucağında məsum körpələr,
Diksinib oyandı, məzlum körpələr.
Tankdan, BTR-dən, minatandan,
Qraddan, toplardan, avtomatlardan,
Səpildi torpağa odlu mərmilər,
Şəhərə üç yerdən girdi canilər.
Qaniçən düşmənlər susayıb qana,
O gecə baxmadı; qoca, cavana.
Yurdunda yurd verən bir elə qarşı,
Gəlib sığındığı millətə qarşı,
Çörəyin yediyi bir xalqa qarşı,
Törətdi soyqırım, saysız qətilllər,
Nə edə bilərdi?- silahsız ərlər,
Düşmən mərmisindən dağıldı evlər.
Gülləyə tuş gəldi qızlar, gəlinlər,
Dəlik -deşik oldu canlar, bədənlər.
İtirdi həyatın dilsiz körpələr,
Bürüdü ətrafı ahlar, nalələr,
Babalar, nənələr, günahsız canlar,
Boyandı al-qana bəxtsiz cavanlar.
Səbəbi nə idi, türk olmaları,
Günahı nə idi, türk olmaları.
Ulu vətənimdə, Ata yurdumda,
“Böyük Ermənistan” yaratmaq üçün,
Nainkor erməni, daşnaq erməni,
Yurdsuz, xain, satqın, yaltaq erməni,
Gələndən yurduma gözünü dikmiş,
Xalqıma əbədi düşmən kəsilən,
Bu “haylar” nə qədər şərəfsiz imiş.
Necə dözdü Dünya? – bu haqsızlığa,
Dünya necə dözür? – bu haqsızlığa,
Tökülən günahsız, nahaq qanlara.
Döndü qan gölünə, döndü Xocalım,
Boşaldı sahibsiz, qaldı Xocalım,
İtirdi ətrini, təravətini,
Əsrin faciəsi oldu Xocalım.
Kəsildi gülüşlər, toylar – düyünlər,
Söz tapa bilmədi deməyə hünər.
Xocalı bir xalqın faciyəsidi,
Xocalı Dünyanın faciyəsidi.
Xalqımın gunahı nəyidi görən?,
Kimlər qarğamışdı bizə? -Görəsən.
Düşmənə, zalıma boyun əyməyən,
Azadlıq yolunda qurbanlar verən,
Rəhm edən, əl tutan, hünər göstərən,
Kimsənin yurduna gözün dikməyən,
Bir xalqın qisməti budumu görən?,
Azadlıq uğrunda vuruşursa xalq,
Azadlıq uğrunda çarpışırsa xalq,
Azad yaşamağa haqlıdırsa xalq,
Kimdən, çəkinməli, Söyləyin: – kimdən,
Niyə kəsilməli, kökü, de:- nədən.
Nə qədər Xocalım əsirlikdədi,
Nə qədər Xocalım yad əllərdədi,
Nə qədər qisası alınmayıbdı,
Onun yaraları sağalmayıbdı,
Yoxdur öyünməyə bizim haqqımız,
Xilas olmadıqca Qarabağımız.
***
Bu gün öyünməyə çatır haqqımız,
Qovuşdu kökünə Qarabağımız.
Müəllif: Yaqub SƏMƏDLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


