Weather Data Source: havadurumuuzun.com

MƏMMƏD İSMAYIL ƏDƏBİ BİRLİYİ YARADILDI

MƏMMƏD İSMAYIL ƏDƏBİ BİRLİYİ YARADILDI

Dekabrın 28-də Bakıda bir sıra tanınmış yazar və ziyalının iştirakıyla yeni bir ədəbi birlik təsis olundu.

Çağdaş ədəbiyyatımızın böyük simalarından biri olan Məmməd İsmayılın adına düzənlənən tədbirdə, onun parlaq bir şəxsiyyət, görkəmli qələm adamı olduğu vurğulandı. AYB üzvü, istedadlı şair Mikayıl Bozalın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan məclisdə Məmməd İsmayılın ədəbi yaradıcılığından söz açıldı, poeziyasının əhəmiyyətindən bəhs edildi. Tanınmış söz ustaları Ayaz Arabaçı, Rəfail İncəyurd, Mübariz Məsimoğlu, Murad Köhnəqala, Süleyman Abdulla, Avdı Qoşqar, Sehran Allahverdi, Həmid Ormanlı, Mübariz Süleymanlı, Tamam Cəfərova, BDU-nun professoru Nazim İmamverdiyev, filologiya üzrə fəlsəfə doktoru Aygün Aydın çıxış edərək, bir ustad kimi Məmməd İsmayılın ümümtürk poeziyasının inkişafında böyük xidmətlərindən danışıb, unudulmaz şairlə bağlı xatirələrini dilə gətirdilər. Çıxışçılar ötən əsrin 80-ci illərində Məmməd İsmayılın Respublika Gənclər Ədəbi birliyinə rəhbərlik edərkən, gənc yazarlara qayğısından, onların ədəbiyyat adamı və yazar olaraq formalaşmasında xidmətindən ağızdolusu danışdılar. Onun adı ilə bağlı belə bir ədəbi birliyin yaradılmasını alqışlayıb, uğirlar dilədilər.

Tədbirin sonunda Mikayıl Bozal Məmməd İsmayıl Ədəbi Birliyinin rəhbəri seçildi.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top