Weather Data Source: havadurumuuzun.com

Şəhid ailələri, qazilər və veteranlar üçün “Çağrı Mərkəzi” fəaliyyət göstərir

Şəhid ailələri, qazilər və veteranlar üçün “Çağrı Mərkəzi” fəaliyyət göstərir

Dostlarım və silahdaşlarım!
Şəhid ailələri, qazilər və veteranlar üçün “Çağrı Mərkəzi” fəaliyyət göstərir.
Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətləri 7/24 saatda qısa müddətdə cavablandırılır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə iştirakçıları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.
Biləsiz ki, Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb.
“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.
9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

17-27 dekabr 2025 çi il tarixlərində, Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” vasitəsilə, Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzi, sağlamlıq və rifahın bərpası istiqamətində yüksək səviyyəli tibbi və reabilitasiya xidmətlərinən mən və döyüşçü silahdaşlarım yaralandıq. Müasir avadanlıqlar, ixtisaslaşmış tibb personalı və illərin təcrübəsi ilə bizim hər birimizə fərdi yanaşma tətbiq edilərək, bizim ehtiyaclarımiza uyğun müalicə proqramları tətbiq edildi. Vətənimizin qorunması və ərazi bütövlüyümüzün bərpasında iştirak etmiş bir baş zabit kimi Səhiyyə Nazirliyinin rəhbərliyi, eləcə də Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov, müalicə həkimləri Firuzə, Təranə, Sunar və Fidan həkimlərimizə daim Veteran və qazilərimizə xüsusi diqqət göstərdikləri üçün təşəkkürümüzü bildiririk.
Məlumat üçün bildirirəm ki,
Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tikilmiş və müasir tələblərə cavab verən ən nümunəvi səhiyyə müəssisələrindən biridir. Bu mərkəz, Səhiyyə Nazirliyi tərəfindən yüksək keyfiyyətli tibbi avadanlıqlarla təchiz olunmuş və geniş praktikaya malik ixtisaslı tibbi heyət ilə təmin edilib.
14 noyabr 2020-ci il tarixində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Vətən Müharibəsi” qazilərinin istifadəsinə verilən bu unikal mərkəz, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızın sağlamlığının bərpasına və rifahına xidmət etmişdir. Sanatoriyada həmçinin şəhid valideynləri və övladları (anaları ilə birgə) üçün müalicə və istirahət imkanları yaradılmışdir.
Mərkəzin infrastrukturu 250 nəfərin eyni vaxtda qəbulu, müalicəsi, tibbi reabilitasiyası və istirahətini təmin etmək üçün qurulmuşdur. Burada çoxprofilli, yüksək səviyyəli reabilitasiya xidmətləri təqdim olunur. Mərkəzə müraciət edən xəstələrə dəqiq və ətraflı müayinə ilə yanaşı, fərdi reabilitasiya müalicə paketləridə təklif edilir.
Etaplı müalicə yanaşması, poliklinika və xəstəxana xidmətlərinin ardıcıl şəkildə təşkili xəstələrin həm fiziki, həm də psixoloji bərpasına nail olmaq üçün mükəmməl imkan yaradır. Dispanser müşahidə üsulları daha da təkmilləşdirilərək, əlilliyin erkən aşkarlanması, qarşısının alınması və reabilitasiyası istiqamətində mühüm işlər həyata keçirilir.

 

Qeyd:

Bu məlumatı maksimum paylaşaq!
Müharibə veteranları,qazi və Şəhid ailələri yararlana bilsinlər.

Ehtiyatda olan
polkovnik – leytenant
Anar Quliyev
27.12.2025

Top