Weather Data Source: havadurumuuzun.com

Məmmədbəyova Sona Arif qızının doğum günüdür

Məmmədbəyova Sona Arif qızının doğum günü
Hər bir insanın ömür yolu onun elmi, əxlaqı, mənəvi dünyası və cəmiyyətə verdiyi töhfələrlə ölçülür. Elə insanlar var ki, onlar tutduqları vəzifədən, daşıdıqları addan daha çox, qəlblərinin işığı ilə tanınırlar. Belə nurlu simalardan biri də Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müəllimi, filoloq, ziyalı xanım Memmedbəyova Sona Arif qızıdır.
Sona xanım elmin, sözün və düşüncənin müqəddəsliyinə inanan, filologiyanı sadəcə ixtisas deyil, həyat fəlsəfəsi kimi yaşayan dəyərli ziyalıdır. Onun pedaqoji fəaliyyəti gənc nəslin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda qlobal düşüncəyə malik mütəxəssislərin yetişməsində mühüm rol oynayır. Beynəlxalq Əlaqələr kimi məsuliyyətli və strateji sahədə çalışaraq, tələbələrinə yalnız bilik deyil, həm də düşünmə mədəniyyəti, etik yanaşma və humanist baxış aşılayır.
Sona Arif qızının filoloq kimi elmi baxışları, sözə verdiyi dəyər, dilin incəliklərinə olan həssas münasibəti onun şəxsiyyətinin əsas cizgilərindəndir. O, dili yalnız ünsiyyət vasitəsi kimi deyil, xalqın ruhu, tarixi yaddaşı və mədəni kodu kimi dərk edir. Bu baxış onun həm elmi, həm də pedaqoji fəaliyyətində özünü aydın şəkildə göstərir.
Lakin Sona xanımı fərqləndirən yalnız elmi uğurları deyil. O, eyni zamanda gözəl qəlbə malik, mərhəmətli, səmimi və dərin duyğulu bir insandır. Ana kimi qayğıkeşliyi, dost kimi sədaqəti, insan kimi vicdanı və dürüstlüyü onun ətrafında olan hər kəsin hörmətini qazanıb. Onun varlığı insanlara güvən, sözləri isə ruhlara sakitlik bəxş edir.
Doğum günü bir insanın ömür kitabında yeni bir səhifədir. Bu səhifə ötən illərin müdrikliyini, yaşanan təcrübələrin dəyərini və gələcəyə olan ümidləri birləşdirir. Sona Arif qızının bu yeni yaşında da elmi uğurlarının, pedaqoji nailiyyətlərinin və insani keyfiyyətlərinin daha da zənginləşəcəyinə inanırıq.
Bu əlamətdar gün münasibətilə dəyərli Sona xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi və yaradıcı fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy onun yolu daim işıqlı, qəlbi daim sevgi ilə dolu olsun, yetişdirdiyi tələbələr və toxunduğu talelər onun adını hər zaman ehtiramla yaşatsın.
BU GÜN
Bu gün bir günəş doğub yenidən,
Adı Sona — nuru düşüb hər kəsə.
Qəlbi sevgi, özü mərhəmət dolu,
Varlığın rahatlıq gətirir hər kəsə.
*  *  *
Ömrün çiçək açsın bahar tək bacım,
Kədər yol tapmasın qapına bacım.
Sağlıq, səadət, ruzi-bərəkət,
Allah qorusun səni hər zaman bacım.

Sevgi və hörmətlə, Pərvanə Salmanqızı

PƏRVANƏ SALMANQIZININ YAZILARI

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top