Weather Data Source: havadurumuuzun.com

Çempionlar Liqası: “Qarabağ” öz evində “Ayaks”la qarşı-qarşıya gələcək

Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün hakimləri isə Baş hakim Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Yuri Praprotnik və Qreqa Kordez kömək edəcək göstərəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR Matej Juqa, AVAR isə Alen Borosaka həvalə olunub.

Qeyd edək ki, “Qarabağ” 7 xalla 21-ci pillədə qərarlaşıb.

Top