Weather Data Source: havadurumuuzun.com

Azərbaycan bodibildinqçiləri dünya çempionatında fərqləniblər

Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində kişilər arasında bodibildinq üzrə dünya çempionatı keçirilib.

Bu barədə AZƏRTAC xəbər verib ki, yarışda Azərbaycan idmançıları müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr göstəriblər.

“Junior Mens Physique” kateqoriyasında təmsilçimiz Əhməd Quluzadə birinci olub. Eyni kateqoriyada mütləq qalib adını isə Azərbaycan idmançısı Aşur Abdullayev qazanıb. Bu kateqoriyada çıxış edən Tərlan Əliyev 2-ci yeri tutub. “Muscular Mens Physique” üzrə mübarizə aparan Kamil Əliyev 3-cü yerə layiq görülüb. Əhməd Quluzadə, həmçinin “Mens Physique” kateqoriyasında da yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüb. Bodibildinq yarışlarında çıxış edən Təyyar Vəliyev isə rəqiblərini üstələyərək 1-ci yerin sahibi olub.

Top