Weather Data Source: havadurumuuzun.com

Sonamın doğum günüdür

Bu gün gözümün nuru, mənə ilk nənəlik sevincini yaşadan, könlümün sevinci,günəşi Allahın ən dəyərli payı olan balaca mələyim — Sonamın doğum günüdür.

Sona, sən dünyaya gələndə sanki evimizə işıq düşdü, ürəyimizə bir bahar açıldı. Sənin ilk gülümsəmən, ilk baxışın, ilk səsin mənə elə bir sevinc verdi ki, bunu sözlərlə ifadə etmək çətindir. Sən mənə nənə olmağın nə qədər müqəddəs və uca bir duyğu olduğunu yaşatdın. Hər gün böyüdükcə, bir mələk kimi saf ürəyin, təmiz baxışların, məlahətli gülüşünlə ailəmizə sevinc, bərəkət və nur qatdın.

Bu gözəl günün münasibətilə Allahdan sənin üçün ən xeyirli duaları diləyirəm:
Qoy ömrün uzun, bəxtin açıq, yolun işıqlı olsun. Qoy Tanrı səni həm dünyada, həm axirətdə hər növ pislikdən, nəzərdən, xəstəlikdən qorusun. Qoy hər addımın səadətə çıxsın, hər arzun gerçəkləşsin. Sənin uşaq təmizliyinə, mələk saflığına yaraşan bir ömür Allah sənə nəsib etsin.

Sən bizim ailəmizin gülüsən, günəşisən, sevincisən. Nənən səni bütün varlığı ilə sevir və daim duaçındır. Hər yaşın əvvəlkindən gözəl və xeyirli olsun, balam. Allah səni bütün yaxşılıqlara layiq eləsin.

Doğum günün mübarək, Sonam!
Uğurların, xoşbəxtliyin, sağlamlığın daim olsun!

Sevgi və xeyir dualarımla,
Pərvanə Salmanqızı

Top