Weather Data Source: havadurumuuzun.com

VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM

VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM

Baxma mənim sən bu cavan yaşıma,
Bilirsən ki, nələr gəlib başıma.
Haqqı, ədaləti mən qorumuşam,
Nəzər salarsanmı ömür yoluma.
Buda bir taledi bilirsənmi sən,
Vətən deyib yaşayıram hələdə.
Demə ki, ağarıb başında saçın,
Axı qar olubdu dağ zirvəsində.
Bəs niyə qırışdı alnın deyirsən,
Vətən həsrəti var axı qəlbimdə.
Vətən deyib düşmənlə vuruşmuşam,
Cavanlığım keçdi mənim səngərdə.
Ömür sürdüm o soyuqda, şaxtada,
Əyilmədim mən düşmənin önündə.
Bunları bilirmisən, bir desənə,
Yuxusuz olmuşam hər an səngərdə.
Güllələr başımın üstündən gedib,
Vahimə olardı o döyüşlərdə.
De sən mənə, cavab verim mən sənə,
Asanmıdı günlərlə yuxusuzluq.
Baxma mənim sən bu cavan yaşıma,
Bilirsən ki, nələr gəlib başıma.
Gecə gündüz mən səngərdə olmuşam,
Xəstələnmək nədi mən bilməmişəm.
Mən bunlardan heç şikayət etmədim,
Mən ömrümü bu vətənə vermişəm.
Vətən azadlığın mən görmək üçün,
Üç oğlumla səngərdə vuruşmuşam.
Sənanımı şəhid verdim bu yolda,
Kədər verdi bu ömrümə həyatda.
Qorumuşuq müqəddəs yurd yerlərin,
Amalımız oldu azad vətənin.
Haqqı ədaləti düşmən itirdi,
İşğal olan yurd yuvalar bizimdi.
Car çəkdik ki, biz də bu haqsızlığı,
Bəşəriyyət anlamadı dərdləri.
Düşünürdük azad edək vətəni,
Başa sala bilirəmmi mən səni.
Vətən azadlığı amalım olub,
Ömrüm bu yollarda saralıb solub.
Görürsən yaşaram mən bu həyatda,
Amalım olubdu ədalət haqda.
Buda bir taledir ömür yolumda,
Beləcə yaşaram mən bu həyatda.
O günləri xatırladım yenədə,
Bu gün Rəvan əsgərliyə gedəndə.
Yolu açıq olsun, el əsgərinin,
Ehtiyacı var bunlara vətənin.
Babasıyam bu həyatda qururlu,
Lazımdı ki, bu vətəni qorusun.
Zəiflərə arxa olmaq peşəmdi,
Güclü olub bu vətəni qorumaq.
Yalançıyla aram olmayıb mənim,
Haqq yolunda ucalıb mənim səsim.
Abadlaşsın qoy həmişə ölkəmiz,
Hər an zəfərlərdən gəlsin səsimiz.
Mərhəmətdə sədaqətlə ölçülər,
Vətən oğlu vətən üçün can verər.
Haqq ədalət bizim şuarımızdır,
Bu yol bizi səadətə aparır.
İndi görürsənmi hələ cavanam,
Ağarsada bu gün başımda saçım.
Görürsən ki, ağır yollar keçmişəm,
Vətən deyib bayrağa and içmişəm.

Müəllif: Hacı Əkbər Rüstəmov

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top