“YENİ SƏRGİ–AİLƏ VƏ TOY ƏNƏNƏLƏRİ…

“YENİ SƏRGİ–AİLƏ VƏ TOY ƏNƏNƏLƏRİ…
.Beynəlxalq Bakı Ekspo Mərkəzdə Azərbaycanda ilk dəfə ” Ailə və Toy” sərgisi keçirildi.2025- ci il 23-25 oktyabr tarıxlərində Paşa Events- in təşkilatçılığı ,Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasıyası (AQSİA)- nın təşkilati dəstəyi ilə Qafqazda və Azərbaycanda ilk dəfə “Ailə və Toy” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb.Üç gün davam edən bu unuikal tədbir toy və ailə sənayesi sahəsində fəaliyyət göstərən yüzdən artıq yerli və beynəlxalq şirkəti bir araya gətirib. Sərginin məqsədi müvafiq sektorda fəliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi,ailə dəyərlərinin və milli adət ənənələrinin təşviqi və yaşadılması ,həmçininqadın sahibkarların bu sahədə rolunun gücləndirilməsi olub.
Sərgidə gözəllik salonları,gəlinlik markaları,dekorasiya şirkətləri,zərgərlik məhsulları,avtomobillər,foto və video studiyalar,eləcə də ailə ilə bağlı xidmətlər təklif edən bir çox şirkətlər öz stendlərini təqdim ediblər.
Rəsmi açılış mərasimi milli adət- ənənələri əks etdirən musiqi sədaları ilə başlayıb. Tədbir iştirakçıları və qonaqlar bu cür sərgilərin milli dəyərlərin qorunması, ailə mədəniyyətinin təşviqi və sahibkarlar arasında əməkdaşllğın gücləndirilməsi baxımından mühüm rol oynadığını qeyd ediblər.
Açılış mərasimində bir sira dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak ediblər.Tədbirin rəsmi qonaqları arasında Paşa Events- in təsisçisi və direktoru Elxan Paşayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ,Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Emil Hüseynov ,Azərbaycan Respublikasının Gənclə və İdman Nazirliyinin nümayəndəsi Ülkər Əlizadə, “ABAD” rublik hüquqi şəxsin direktoru Rüfət Elçlyev,eləcə də Milli Məclisin deputatları Şahin Seyidzadə və İlham Məmmədov yer alıblar.
Rəsmi çıxışlardan sonra dövlət rəsmiləri və təşkilat nümayəndələri sərgidə iştirak edən şirkətlərin stendləri ilə yaxından tanıış olublar.
Sərginin ilk günü iki istiqamətdə maraqlı panel müzakirələri ilə yadda qalıb:
I Panel ” Sahibkarlıq və qadınların rolunun gücləndirilməsi —Ailə Qurmaq :Sosial Dəyərlər vəMüasir Çagırışlar” mövzusunu əhatə edib.
Panel zamanı ailə münasibətlərində harmoniya,mübahisələrin idarə edilməsi,boşanma hallarının artması kimi mövzular müzakirə olunub.Spikerlər qadın sahibkarlarınailə və iş balansını qoruma təcrübələrini bölüşüblər.
II Panel isə” Sağlam ailə sağlam təməllər üzərində qurulur” mövzusunu əhatə edib.
Bu Paneldə TƏBİB və Məlhəm Hospital- ındəyərli həkim və nümayəndə heyəti ailə qurmağın əsasının sağlam həyat tərzindən keçdiyi vurğulanıb.Spikerlər evlilikdən öncətibbi müayinələrin əhəmiyyəti,genetik risklərin öyrənilməsi və ailə planlaşdlrmasının vacibliyi barədə çıxış ediblər.
Sərgi çərçivəsində yerli şirkətlərin məhsulları,innovativ xidmətləri və yaradıcı ideyaları nümayiş etdirilib. Tədbir həm sahibkarlar,həm də ailə qurmağa hazırlaşan cütlüklər üçün unikal əməkdaşlıq və tanışlıq platforması yaradlb.

Ziyarətçilər sərgidə həm ənənəvi,həm də müasir toy konsepti ilə tanış olaraq öz ailə planlarını formalaşdırmaq üçün geniş seçim imkanına malik olublar.
Sərgidən bəzi fotoları təqdim edirəm..
Nəzakət Əhmədova, AYB,AJB və P.E.N – in üzvü,yazar publisist.


