Weather Data Source: havadurumuuzun.com

AÇ: Milli məğlub oldu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 95:90.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub – 49:87.

(Sport24.az)

Top