Weather Data Source: havadurumuuzun.com

Qardaş Türkiyəmizə başsağlığı

Qardaş Türkiyəmizə başsağlığı

Tarix bir daha acı bir səhifə yazdı…
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində 20 qəhrəman türk əsgərinin şəhid olduğu xəbəri qardaş Azərbaycanın ürəyini dağladı.

Bu faciə təkcə Türkiyənin deyil, bütün türk dünyasının dərdidir.
Bir millət, iki dövlət olaraq, bu ağır gündə qardaşlarımızın kədərini dərin hüznlə bölüşür, şəhid olan igidlərimiz – Gökhan Korkmaz, Serdar Uslu, Nihat İlgen, Cüneyt Kandemir, Emre Mercan, Nuri Özcan, Ümit İnce, Burak Özkan, Emrah Kuran, Hamdi Armağan Kaplan, Akın Karakuş, İlker Aykut, Ramazan Yağız, Emre Altıok, Burak İbbiği, İlhan Ongan, Berkay Karaca və bütün uçuş heyətinə Allahdan rəhmət diləyirik.

Uçmağa ən layiq olanlar — Göylərin igidləri bu dəfə öz missiyalarını əbədiyyətə daşıdılar.
Onların xatirəsi türk tarixində qəhrəmanlıq və fədakarlığın simvolu kimi əbədi yaşayacaq.

Türkiyə xalqına, şəhid ailələrinə və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, səbir və güc arzulayıram.

Allah rəhmət eləsin!
Ruhları şad, məkanları cənnət olsun.

Etiramla,
Pərvanə Salmanqızı

Top