Weather Data Source: havadurumuuzun.com

Tayson revanş itsəyir

Mayk Tayson ötən il Ceyk Pola qarşı xal hesabı ilə məğlub olduğu döyüşdən sonra revanşa hazır olduğunu deyib.

“Son döyüşümdən sonra çox şey öyrəndim. Həddindən artıq çox çalışmışdım, məşqlərdə özümü çox yormuşdum. Çox gərgin idim, hər şeydə ifrata varmışdım. İndi isə başa düşürəm ki, daha sakit və rahat olmalıyam.

Düşünürəm, çox intensiv məşq etmişdim və döyüş gücümün böyük hissəsini zalda qoymuşdum. Ümid edirəm ki, Floyddan (Meyvezer) sonrakı döyüşdən sonra revanşı reallaşdıra bilərik. Bəli, bu mənim üçün maraqlı olardı. O, yaxşı çıxış etdi, amma mən bir daha sınamaq istəyirəm”, – deyə M. Tayson bildirib.

(Vringe.com)

Top