ŞANLI ZƏFƏRİN SƏLNAMƏSİ – 8 NOYABR QÜRUR GÜNÜ

ŞANLI ZƏFƏRİN SƏLNAMƏSİ – 8 NOYABR QÜRUR GÜNÜ
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Zəfər Səlnaməsi” adlı möhtəşəm tədbir təşkil olundu. Tədbir “Zəfər Yolu” İctimai Birliyinin və “Gənclərə Psixoloji Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı hərbi hissəsində keçirildi.
Bu əziz gün Azərbaycan xalqının qürur, milli birlik və yenilməz iradə simvoludur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun yazdığı 44 günlük Vətən müharibəsi dastanı torpaqlarımızın azadlığına, xalqımızın tarixi ədalətinə qovuşmasının parlaq təcəssümüdür.
Tədbirdə Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla anıldı, qazilərimizin qəhrəmanlıq salnaməsindən danışıldı. Hərbi hissənin əsgərləri ilə görüş zamanı onların yüksək mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik ruhu və dövlətə sədaqəti xüsusi qürur hissi yaratdı. Vətən keşiyində duran əsgərlərimizlə söhbətlər, qarşılıqlı çıxışlar və ruhlandırıcı musiqi proqramı tədbirə xüsusi coşqu qatdı.
Bu gün Azərbaycan dövləti qalib xalqın gücünü, birliyini və yenidən dirçəlişini yaşayır. Zəfər bizi daha böyük hədəflərə aparan yolun başlanğıcıdır. Şəhidlərimizin qanı ilə suvarılan bu Vətən torpağı əmanətdir, onu qorumaq və yüksəltmək isə hər birimizin müqəddəs vəzifəsidir.
Azərbaycan xalqının qəlbinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Şanlı Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Zəfər Səlnaməsi” adlı tədbir keçirildi. Tədbir “Zəfər Yolu” İctimai Birliyinin və “Gənclərə Psixoloji Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı hərbi hissəsində baş tutdu.
Tədbirin məqsədi Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini anmaq, qələbə ruhunu əsgərlərimizə daha da aşılamaq, milli birliyimizin əyilməz gücünü bir daha nümayiş etdirmək idi.
Tədbirdə “Zəfər Yolu” İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salman qızı, “Gənclərə Psixoloji Dəstək” İctimai Birliyinin icraçı direktoru Könül Qocayeva çıxış edərək Şanlı Zəfərin tarixi əhəmiyyətindən danışdılar və dövlətimizin qüdrətinin məhz xalq-ordu birliyinin təcəssümü olduğunu vurğuladılar.
Qəhrəmanlıq simaları – xalqın fəxri
Tədbirdə Vətən müharibəsinin qəhrəmanları —
• Suqovuşana Azərbaycan Bayrağını sancan və bu qürurlu anı Ali Baş Komandan İlham Əliyevə məruzə edən igid İlkin Fərzəliyev,
• Tankist qazi Fərhad Abbasov,
həmçinin müharibə xatirələrini bölüşərək əsgərlərə Vətən sevgisi və döyüş ruhu aşıladılar.
Ədəbiyyat, sənət və musiqi — Zəfər duyğusunun səsi
Tədbirdə həmçinin iştirak etdilər:
Sona Əliyeva, Sona Məmmədbəyova, Camalova Fazilə, Rəvanə Məhəmmədqızı,
“Azad Rəqs Ansamblı”nın bədii rəhbəri Rəhim Babayev və rəqs kollektivi,
müğənnilər Kəmalə Vahabzadə, Təhminə Hüseynova, Şirin Hüseynov və Aydan İbrahimli
öz çıxışları ilə qələbə ruhuna xüsusi coşqu və rəng qatdılar.
Bu qələbə — Azərbaycan xalqının sarsılmaz iradəsi, şəhidlərimizin qanı, qazilərimizin şücaəti, Ordumuzun yenilməzliyi və Ali Baş Komandan İlham Əliyevin müdrik liderliyinin nəticəsidir.

Bu gün azad Qarabağımızda ucalan bayraq hər bir azərbaycanlının qəlbində əbədi dalğalanır!
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ordumuz!
Qarabağ Azərbaycandır!
İmza:Pərvanə Salmanqızı.


