ZƏFƏRİMİZ MÜBARƏK!

ZƏFƏRİMİZ MÜBARƏK!
Şəhidlərin valideynlərinə dərin hüznlə başsağlığı veriririk!
Qazilərimizə Allahdan şəfa diləyirik!!!
Cənnət Məkan Qarabağ torpaqlarının mənfur düşmən tapdağından azad olunmasında əldə edilmiş tarixi Qələbə münasibətilə respublikamızın təhsil işçiləri adından hər birimizi təbrik edirik.
Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyi Yurd yerinin həsrətinə son verdi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, xalqa, dövlətə, dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması, güclü liderin, Xalqın, Ordunun birliyinin təntənəsidir. Azərbaycan müəllimi kimi Ali Baş Komandanın rəhbərliyi altında qələbəni təmin edən, vətənin vətəndaşı olan yetirmələrimizlə qürur duyuruq!
Zəfərimiz Sərvətimizdir xalqımızın,dövlətimizin varlığıdır!Gözün aydın Azərbaycan Dünyası! Qələbələrl icərisində Ən böyük Qələbə Zəfər günün Mübarək! Möhtəşəm Qələbədə hamımızın payı var! Vətən həmişə igid,qorxmaz oğulların çiynində dayanıb!Torpaqlarımızın azad olmasında iştirak edən hər gəncimizin göstərdiyi igidlik və şücaəti Qürurvericidir!Qorxmaz oğulların düşmən üzərində çalınmış qələbədə rolu bir nümünədir.
Unutmaq olmaz:-Xalqımıza Zəfər gününü yaşatmaq üçün minlərlə Şəhidi olan oğülları, Qaziləri, on minlərlə qətlə yetirilən günahsız insanları, qocaları, qadınları, körpələri, viran edilmiş torpaqları! Məkirli,cəllad olan,yeri yurdu olmayan, malına, mülkünə, sərvətinə, mənəviyyatlına, zərbələr vuran, niyyətindən bir anda olsa çəkilməyən düşmənin! Namus ləkəsini,Əllərdə olan Xocalı qızlarını Unutmayaq!
Qələbənin qorunması üçün məsuliyyət hissini Unutmayaq!
Vətəndən öncə heç nə yox! Unutmayaq!
Unutmaq olmaz:-Unutsaq unudularıq! Övladı Şəhid və qazi olan valideynlərin istəyi:- Diqqət və qayğı, övladlarnın yad olunması təskinlikləridir!Mənəvi dəstəyə ehtiyacları var!
Şəhid Cəfərov Balaş, Nahid Məmmədov, Sübhan Abdurahmanli , İlqar və Vüsal Əhmədov qardaşları, Elşad Əliyev,Elvin Abbasov, Toğrul Hacıyev, Rövşan İsmayılov, Cəmil Nəcəfov, Elşad Əliyev, Şəhid leytenant Əmirulla Əliyev,Teymur Allahverdiyenin timsalında bütün Şəhidləri hörmətlə anırıq, Qazilərimizə şəfa diləyirik!
Düşməni məhv etməyə gücümüz yetərlidir!
Azərbaycan Ordusu qüdrətlidir!
Düşməni diz çökdürən,
Ağ bayraq qaldırmağa məcbur edən oğullar!
Şəhid olub, Qazi olan Oğullar!
Şəhidlər Ölməz, Vətən bölünməz!
Canından əl götürüb param parça olmuş oğullar namussuzluq ləkəsini üstümüzdən götürərək,torpaqlarımızı mənfur düşmən tapdağından təmizlədi!Qələbə sevincini duymaq üçün bizlərə!
Qələbənin qorunması üçün məsuliyyət daşıdığımızı Unutmayaq!
Qisas üçün “xüsusi statuslu “düşmən fürsət gözləyir!
Düşməndən aman gözləyərək onun tərəfdarlarına yarınmaqın acı nəticəsini zaman zaman yaşayanların aqibətlərini yada salaq,olanlardan nəticə çıxaraq!Düşmənə məhəbbətli,Özünə nifrətli olmaq fəlakətdir! Bağışlanmaz günahdır! Unutmayaq!
Müstəqildur Dövlətimiz!
Qürürludur Millətimiz!
Azaddır Qarabağımız!
Rahatdır ruhu Şəhidin!
Birliyin daha möhkəm!
Bayrağın Uca!
Yumruğun zərbəsi!
Qırdı belin düşmənin!!
Qarşımızda diz çökübdür!
Unutmayaq: -Qələbə verilmir.alınır!
Şəhidin ehtiramla anılır!
Azərbaycam Müəllimi olaraq qürurluyuq! Yetirmələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mənfur düşmən üzərində Şanlı Qələbəyə imza atmışlar! Cənnət Məkan Qarabağ torpaqlarının mənfur düşmən tapdağından azad olunması Azərbaycan respublikasının sərhədlərinin bərpası, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsi, yeni Tarixin yazılması ,Xalqın, Ordunun, Güclü liderin birliyinin təntənəsidir! Ədalət Zəfər caldı! Həyata kecirilən siyasi kursun böyük, möhtəzəm nəticəsidir:-Son 200 ildə torpaqlarımızın azad olunmasında əldə edilmiş Qələbə! Xalqın Birliyini əks erdirən Dəmir Yumruq düşmənin bel sütünu qırdı! Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharıbə taktikasına heyrət etdi! Öyrənilməli Nümünə!
Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq.
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirə bilmək! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz!Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olaq!
Bəşəriyyətin, İsanlığın Vətənin qorunması bu gün hər kəsin qarşısında duran, həllini gözləyən məsələdir. Müstəqil dövlətimizin qorunması dünyanın hər cür var dövlətindən, nemətindən qiymətlidir!
Zəfər yolu, Haqqin yoludur!
Vətən sevdalı oğulların yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!
Sözümüzün var kəsəri!!
Vətən daşı olmalı Qorumalı, Qorunmalı!
Qəlbimizdə Vətən Sevgisi olmalı!
Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq! Evimiz və son mənziliniz olan Vətən bizim namusumz, əcdadlarımızın, övladlarımızin Şərəf və Qürur yeridir! Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olmalı!Əziz Vətən Övladları:- Bir olaq, Güclü olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək! Vətənimizə Dəstək Olaq! Azərbaycan dövləti, Azərbaycan Ordusu və Xalqın qətiyyəti, birliyimizin nəticəsi Qələbəmizin təminatıdır!
Azərbaycan Məktəbi, Azərbaycan müəllimi olaraq böyük tarixi Qələbəyə imza atan Ali Baş Komandan, Şəhid və Qazilərimiz,Qüdrətli Ordumuz, xalqımız, Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq!

Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar Müəllim
“Vətən və insan sevgisi” layihəsinin rəhbəri


