Weather Data Source: havadurumuuzun.com

ÜZEYİR HACIBƏYLİ – 140

ÜZEYİR HACIBƏYLİ – 140

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd ediməsi haqqında” Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə ərsəyə gətirdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda Elekrton məlumat bazasının təqdimat mərasimi keçirildi.
Tədbirdə Millli kitabxananın direktoru Kərim Tahirov, Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə, Mətbuat Şurasının sədri Rəşad Məcid, bəstəkar Eldar Mansurov, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru bəstəkar Sərdar Fərəcov, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov və başqaları çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcı fəaliyyəti ilə bağlı məsələlərdən, onun əsərləri barədə maraqlı epizodlardan söhbət açdılar. Sonda xatirə şəkilləri çəkildi.

Məlumatı hazıladı: Nəzakət Eminqızı,

Yazıçı – publisist, AYB və AJB-nin üzvü

Top