Sənətin və Qardaşlığın Ünvanı – Kemer

Sənətin və Qardaşlığın Ünvanı – Kemer
Türk dünyasının ürəklərini birləşdirən 40-cı sənət şöleni Antalyada – ASKEF və Kemer Bələdiyyəsinin ortaq imzası
Türk xalqlarını sənət, mədəniyyət və mənəvi dəyərlər ətrafında birləşdirən Uluslararası Türk Dünyası Kültür və Sanat Şöleni bu il Türkiyənin gözəl Kemer şəhərində böyük coşqu ilə keçirildi. Tədbir ASKEF – Avrasiya Sanat, Kültür, Edebiyat və Bilim Federasiyası tərəfindən, Kemer Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdi və on bir ölkədən 97 sənətçinin iştirakı ilə unudulmaz sənət bayramına çevrildi.
Bu möhtəşəm tədbirə ASKEF Genel Başkanı Savaş Ünalın rəhbərliyi və mədəniyyətlərarası həmrəyliyə yönəlmiş fəaliyyəti damğasını vurdu. Onun “Türk dünyasının ürəyi bir, sözü bir, ruhu birdir” mesajı bütün çıxışlarda, səhnə performanslarında və dostluq görüşlərində duyuldu.
Tədbirdə ASKEF Azərbaycan Başkanı, Prezident təqaüdçüsü, yazıçı-jurnalist Sona Abbasəliqızı İsmayılovanın rəhbərliyi ilə 28 nəfərlik Azərbaycan nümayəndə heyəti də yüksək səviyyədə təmsil olundu. Heyətdə professorlar, dövlət qulluqçuları, SOCAR əməkdaşları, müəllimlər, hüquqşünaslar, yazıçılar və gənc istedadlar yer almışdı. Bu müxtəliflik Azərbaycanın elm, mədəniyyət və sənət sahəsindəki gücünü və çoxşaxəli intellektual potensialını parlaq şəkildə nümayiş etdirdi.
Xüsusilə 15 yaşlı Yusif Abdulla ən gənc sənət təmsilçisi kimi zkəmər bələdiyyəsinin rəsmi imzası ilə təşəkkür bəlgəsi tamaşaçılarda dərin təəssürat yaratdı və gənc nəsil üçün ilham mənbəyinə çevrildi.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Avropa ölkələrindən gələn sənətkarlar Kemer səhnəsində qardaşlıq, sülh və sevgi mesajları ilə çıxış etdilər. Hər bədii təqdimatda bir ortaq ruh hiss olunurdu:
Sənət sərhəd tanımır – dilimiz bir, ruhumuz birdir!
Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi musiqi və poeziya nümunələri tamaşaçıların alqışlarını qazandı. Milli musiqimizin sədaları, poetik sözün bədii gücü və səhnə mədəniyyətinin yüksək səviyyəsi tədbirin ən parlaq anlarından biri oldu.
ASKEF Azərbaycan Başkanı Sona Abbasəliqızı İsmayılova çıxışında qeyd etdi:
“Sənət və mədəniyyət millətləri birləşdirən ən möhkəm bağdır. Biz bu bağları sevgi ilə, qəlb ilə qururuq. Kemer bu gün bir qardaşlıq limanı idi.”
Onun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti dörd gün ərzində keçirilən panel, təqdimat və görüşlərdə fəal iştirak edərək, müxtəlif ölkələrin sənətkarları ilə gələcək birgə layihələr barədə razılıqlar əldə etdi.
Sənət, musiqi və poeziyanın birləşdiyi bu şölen bir daha göstərdi ki, Türk dünyasının sənətkarları yalnız mədəniyyətin daşıyıcıları deyil, həm də xalqlar arasında dostluq və mənəvi həmrəyliyin elçiləridir.

Azərbaycanın bu mənəvi körpüdə tutduğu yer xüsusidir — çünki burada sözün, musiqinin və duyğunun dili eyni kökdən doğur- Türk ruhundan…
Hazırladı:
Ümumi rəhbərlik ASKEF genel başkanı,
Antalya Kəmər bələdiyyəsi,
ASKEF Azərbaycan Mətbuat Xidməti
Başqaı – Sona Abbasəliqızı İsmayılova
Tarix: 18–21 oktyabr 2025


