Weather Data Source: havadurumuuzun.com

Elmə, Zəkaya və Qadın Nəcibliyinə Həsr Olunmuş Unudulmaz Gün

Elmə, Zəkaya və Qadın Nəcibliyinə Həsr Olunmuş Unudulmaz Gün

Bu gün elm, zəka və mənəviyyatın qovuşduğu mənalı bir tədbir baş tutdu. Dəyərli alimimiz Musa Nağının yeganə varisi, elm dünyasının fədakar siması Dilarə xanımın 85 illik yubileyi, eləcə də İqtisadiyyat Universitetinin Baş Müəllimi Könül xanımın və Bakı Biznes Universitetinin müəllimi Rəvanə xanımın doğum günləri yüksək səviyyədə qeyd olundu.

Tədbirdə elm, mədəniyyət və ədəbiyyat sahəsində tanınmış ziyalıların iştirakı məclisə xüsusi bir ruh və rəng qatdı. Səmimi ürək sözləri, dəyərli xatirələr və səmimiyyət dolu çıxışlar bu görüşü unudulmaz etdi.

Müğənnilərimizin canlı ifaları, səslənən şeirlər və musiqi nömrələri tədbirə həm duyğu, həm də sevinc atmosferi bəxş etdi.

Görüş Pərvanə Salmanqızının təşəkkür nitqi ilə başa çatdı. O, tədbirə qatılan bütün qonaqlara, sənət və elm adamlarına dərin minnətdarlığını bildirdi, bu cür görüşlərin dostluğu, birliyi və milli mənəvi dəyərləri daha da möhkəmləndirdiyini vurğuladı.

Bu tədbir bir daha sübut etdi ki, elm və mənəviyyatın birləşdiyi hər an, insanı yüksəldir, ruhu saflaşdırır, ürəkləri birləşdirir.

İmza:Pərvanə Salmanqızı.

Top