Md Ejaj Ahamed — 26 fevral 1990

Md Ejaj Ahamed — 26 fevral 1990-cı ildə Hindistanın Qərbi Benqal ştatının Mürşidabad bölgəsindəki Mahendrapur kəndində anadan olub.
O, ikidilli şair, yazıçı, redaktor, jurnalist, tərcüməçi, müəllim və sülh elçisidir.
Onun nəşr olunmuş elmi məqalələri: “Discovery and the Golden Peak of Improvement”, “Exploring New Trends and Innovations in English Language and Literature.”
Nəşr edilmiş kitabları: “Swopno Tori”, “Bangla Sahitya o Cinemaya Goyenda Charitra”, “Maner Pandulipi”, “Hrid-Canvas”, “Antarer Kabyakatha”, “Paranta Sandhya”, həmçinin “Selected Bengali Poems for Humanity & Peace”.
O, üç kitabın redaktorudur. Şeirləri 22 dilə tərcümə olunub.
Hal-hazırda “Swapner Vela Sahitya Patrika” (“Xəyallar Salı” Ədəbiyyat Jurnalı) baş redaktorudur.
O, çoxsaylı milli və beynəlxalq mükafatların, o cümlədən fəxri doktorluqların laureatıdır.
MÜHARİBƏNİN QUCAĞİ
Buludlar gəzirlər yerdən-yerə,
Müharibələr tədricən dünyanı qucaqlayır.
Qaçqınlar xəyalpərvaz bir sığınacaq axtarır,
Barıt qoxusu havanı qucaqlayır,
Xəstə Yer aciz-aciz baxır, ağlayır.
XƏTİRƏLƏR
Bulud-quşlar dolaşır göydə,
Düşüncələrimin qanadında mən də uçuram.
Ağlımın pəncərəsindən xatirələr boylanır,
Həyat-gəmisinin dərslərində səyahət edirəm
Və nostalji oluram.
DÜNYA
Dünya silah fabrikinə çevrilib,
Silah səsləri göydə, havada əks-səda verir.
Müharibə oyunları dünyanın hər yanında gedir,
Barıt qoxusu hər tərəfə yayılıb.
Silah yarışı davam edir,
Silahlar sınaqdan keçirilir.
İnsan həyatı dəyərsizləşib,
Öldürmək fərqsiz hala gəlib,
Sanki zəiflərin yaşama haqqı yoxdur.
Bəzi insanlar sülh istəmir, müharibə istəyir,
Çünki müharibədə biznesləri artır,
Pul gəlir; sülhdə gəlmir.
Maska arxasında gizlənib
İqtisadi və siyasi niyyətlər.
Hökmlük yarışı qlobaldır.
Dinin qığılcımı saxta fanus tək
Göylərdə uçur.
Kapitalizmin küləkləri
Bütün dünyanı bürüyüb,
Tədricən iqlimə çevrilir, sıxlaşır.
ZAMAN
Yer bu gün ağrı içindədir,
Bədəni saysız xəstəliklə doludur.
İnsan ağlı da xəstədir;
Məzlumluq, istismar, zülm hökm sürür
İnsanın ruh aləmində.
Onlar ağlın yollarında sürətlə qaçır,
Bir ölkədən digərinə rahatca hücum edir.
İnsanlıq və harmoniya əsgərləri
Zəifləyib,
Onları dayandıra bilmir.
İnanıram — insanlıq və harmoniya əsgərləri
Yenidən güclənəcək.
Bədən-ruhlarda insanlıq işığı fotosintez edəcək,
Onların yolunu kəsənlər məğlub olacaq.
Nə qədər güc sahibləri çıxıb tarixdə,
Amma zaman qanununa görə yıxılıblar;
Tarixin DNT-si buna şahiddir.
Zaman şəfa gətirəcək,
Zamanın nefronları
Dünyanı təmizləyib saflaşdıracaq.
Yer insanlıq və harmoniyanın ətri ilə dolacaq.
DÜNYA NƏ OLARDI
Yol göydə gəzir,
Bulud-oğlanlar, qızlar üfüqə tərəf gedir.
Sərhədi təbəssümlə keçir,
Sərhəd oturub laqeyd-laqeyd baxır,
Quşlara heyrətlə baxır.
Onlar da bir ölkədən o birinə uçur,
Öz arzuları ilə asan-asan gedir.
Mən sərhəddə dayanmışam,
Hər iki yanda insanlar dayanıb.
Səmanın baxışları altında
Dəmir məftil bizə göz vurdu.
Xatirələr dərinlikdə toplanıb
Ağılın kətanına çəkilirdi.
Sərhədsiz dünyanın xatirələri
Gözlərdə, dodaqlarda qaçışırdı.
Tel-hasarın üzərinə
Kədər buludu düşdü.
Biz bir-birimizə baxdıq
Sinəmiz dolu həsrətlə,
Dodaqlarımızda sükut.
Fikirləşdim — kaş bu hasarlar olmasaydı,
Dünya nə gözəl olardı.
ONLAR GEDİR
Göydə ulduzlar gedir,
Altında qaçqınlar gedir,
Matəm dünyası ilə
Onlar bir-birinə baxır
Təəccüblü gözlərlə.
Ay işığı mehə əl verib gedir,
Qaçqınlar məftil hasar, su sərhədini keçirlər
Bir parça arzuyla —
Bir az xoşbəxtlik dadmaq üçün,
Yaxud ölüm təqibindən qaçmaq üçün.
Bir çoxları sərhəddə ilişir,
Bir çoxları yenidən vurulur,
Bəzilərini su-qəbir udur.
Min illərin yollarından keçənlər
Vaxtsız olaraq “qayıdışsız ölkəyə” gedir.
QAÇQIN
Başında arzuların yükü ilə
Qaçqınlar irəliləyir.
Tarix arxaya baxır,
Xatirə qabında üzür
Saysız-hesabsız aciz insan şəkilləri.
Onlar öz vətənlərində arzulayırdılar
Bir xoşbəxtlik yuvası qurmaq,
Amma sülh içindəykən qəfil müharibə gəldi,
Bir çoxunun canını aldı,
Bəzilərini yoxsul etdi,
Bəzilərini dilənçiyə çevirdi.
Gələcəkləri oğru kimi döyüldü,
Ümidləri, arzuları, xəyalları şüşə tək sındı.
Yenə də qarışqa kimi, yaşamaq istəyi ilə
Məftil hasarlara tərəf addımlayır,
Yerin sinəsində
Müsibətli həyat tarixini yazırlar.
Yolda yıxılsan, qalxmalısan —
Onlar da bunu edir, qan içində belə.
Məftil hasarda, su sərhədində döyülürlər,
Sanki bu mavi planetdə yerləri yoxdur,
Sanki onların dövləti yoxdur.
Müəllif: Md Ejaj Ahamed (Hindistan)
Tərcüməçilər: ZAUR USTAC və Cahangir NAMAZOV
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: [email protected]


