Weather Data Source: havadurumuuzun.com

“Biz bilmirik, Lamin nə vaxt qayıdacaq.”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın “Real Madrid”lə oyuna (26 oktyabr) qədər sağalıb-sağalmayacağı haqda suala cavab verib.

Flik deyib: “Biz bilmirik, Lamin nə vaxt qayıdacaq. Onda əzələ zədəsi yoxdur, buna görə təxmin etmək çətindir. Ola bilər 2, 3 ya da 4 həftə sonra qayıtsın. Bilmirəm, “El-Klasiko”ya hazır olacaqmı. O, bərpa qrupunda çalışacaq. Proses addım-addım gedəcək”.

Top