Weather Data Source: havadurumuuzun.com

Addainin qolu namizədlər arasında

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri 2-ci turun matçında fərqlənib. Forvard ağdamlıların ikinci qoluna imza atıb.

Qeyd edək ki, Emmanuel başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haland, “Monako”dan Cordan Teze, PSV-dən İsmael Saibari də namizəddir.

Top