“Qarabağ” – “Kopenhagen” matçından əvvəl mətbuat konfransı keçirilib. ZəfərNews.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Bu matça məsuliyyətli yanaşırıq. Yaxşı komandaya qarşı oynayacağıq. “Kopenhagen” ciddi rəqibdir”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.