Weather Data Source: havadurumuuzun.com

PSJ-nin oyunuçuları “Qızıl Top” mükafatı mərasiminə gedə bilməyəcəklər

PSJ-nin oyunu və “Qızıl top” mərasimi eyni vaxtda keçiriləcək. ZəfərNews.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Qarşılaşma sentyabrın 22-də, bazar ertəsi Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

Əvvəlcə görüş sentyabrın 21-də keçirilməli idi, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

 

Qeyd edək ki, həmin gün “Qızıl Top” mükafatının təqdimetmə mərasimi də baş tutacaq. PSJ-nin 8 futbolçusu namizədlər sırasında yer alıb. Onlardan biri – qapıçı Canluici Donnarumma artıq “Mançester Siti”yə transfer olunub. Komandanın hücumçusu Usman Dembelenin isə əsas favoritlərdən biri olduğu bildirilir. Təqdimat mərasimi Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Top