Weather Data Source: havadurumuuzun.com

Çempionlar Liqası: “Qarabağ” dəyərinə görə hansı pillədədir?

UEFA Çempionlar Liqasının liqa mərhələsində çıxış edən komandaların heyətlərinin dəyərləri bəlli olub. ZəfərNews.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

“Qarabağ” 34-cü pillədə qərarlaşıb. “Köhlən atlar”ın futbolçularının ümumi qiyməti 25,08 milyon avrodur.

Qeyd edək ki, “Pafos” 24,05 milyon avro ilə 35-ci, Qazaxıstanın “Kayrat” klubu isə 12,80 milyon avro ilə 36-cıdır.

Top