İlkay “Qalatasaray”da

İlkay Gündoğan “Qalatasaray” üçün İstanbul şəhərinə eniş etdi. ZəfərNews.az xəbər verir ki, bu barədə klubun özü məlumat yayıb.
Almaniya millisinin sabiq üzvü artıq “cimbom” üçün oynayacaq. 34 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, “Qalatasaray” təcrübəli oyunçu üçün İngiltərə klubuna təzminat ödəməyəcək.


