“Bir sən ol, bir mən olum, başqa bir şey istəmirəm taleydən bir daha…” Nüsrət Kəsəmənli

“Bir sən ol, bir mən olum, başqa bir şey istəmirəm taleydən bir daha…”
Nüsrət Kəsəmənli
Bu sözlər sadəcə bir cümlə deyil, ömrün yaddaşına həkk olunan bir and, bir ömür fəlsəfəsidir. Bu kəlmələrin arxasında illərin sevgisi, inamı, hörməti və həyatın bütün mənası gizlənib. Onlar, Salman müəllimin – atamın, müəllimimin, dostumun, sirdaşımın – dilindən səslənəndə, taleyin özü bu sözlərə şahidlik edir.
Salman müəllim…
Adı kimi öz içində bir səbr, bir mərhəmət, bir müdriklik daşıyan insan. Onunla bir yol yoldaşı olmaq, həyatın sərt küləklərinə qarşı çiyin-çiyinə dayanmaq deməkdir. Onunla hər söhbət bir dərs, hər baxış bir həyat fəlsəfəsi, hər sükut bir hikmətdir. O, təkcə bir ata deyil, həm də bir müəllimdir. Amma müəllimlik onun üçün peşə deyil, bir ömür amal, bir insanlıq məktəbidir.
Taleyin ən böyük bəxşişlərindən biridir Salman müəllim kimi bir insana sahib olmaq. Hər addımda dayaq, hər an yol göstərən bir işıq, hər çətinlikdə yanında bir dağ kimi dik duran bir dost… O, bir ömrün şah əsəridir.
Bu sözlərin tarixi, yaddaşda qalacaq səsi var:
“Bir sən ol, bir mən olum…”.
Bu, nə qədər sadə görünürsə, bir o qədər də dərindir. Çünki insan həyatında elə anlar olur ki, hər şeydən çox bir ürəyin yanında olmasını, bir ruhun səssiz güvənini istəyirsən. Sözlər sadələşdikcə, sevgi dərinləşir.
Salman müəllim, Siz həyat yolunda bir məktəb, bir kompas, bir dua kimisiniz. Taleyin bizə bəxş etdiyi ən böyük xoşbəxtliklərdən biri Sizin varlığınızdır. Bu yolun hər daşında, hər izində, hər nəfəsində Sizin hikmətinizin izi var.
Bəzən tarix böyük savaşlardan, qəhrəmanlıq dastanlarından yazılır. Amma əsl tarix, insanın ruhuna toxunan bu cür anlarla yazılır. Çünki bir insanın həyatına işıq olmaq, ona yol göstərmək, sevgisi ilə güc vermək, əslində, dünyanın bütün zəfərlərindən daha böyükdür.
Bu yazı, Sizin varlığınıza bir təşəkkür, bir minnətdarlıqdır. Ömür yolumuzun tarixi, bu kəlmələrin içində gizlənib:
“Bir sən ol, bir mən olum… başqa bir şey istəmirəm taleydən bir daha…”
Sevgi ilə, hörmətlə
Pərvanə Salmanqızı.


