Weather Data Source: havadurumuuzun.com

Çempionlar Liqası: “Qarabağ”ın rəqibləri bu gün bəlli olacaq

UEFA Çempionlar Liqasının liqa mərhələsi üçün püşk bu gün atılacaq. ZəfərNews.az xəbər verir ki, “Qarabağ”ın iştirak etdiyi turnirin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qitənin ən güclülərinin iştirak etidiyi çempionatın reqlamentinə görə, püşkdə Ağdam klubunun 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqibi bəlli olacaq.

Çempionlar Liqasının səbətləri:

1-ci səbət: PSJ (Fransa), “Real (İspaniya), Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya D” (Almaniya), “Barselona” (İspaniya).

 

2-ci səbət: “Arsenal” (İngiltərə), Bayer” (Almaniya),​​ “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus (İtaliya), “Ayntraxt” (Almaniya), “Brugge” (Belçika).

 

3-cü səbət: “Tottenham” (İngiltərə), PSV, “Ayaks” (hər ikisi Niderland), “Napoli”(İtaliya), “Sportinq (Portuqaliya), “Slaviya” (Çexiya), “Olimpiakos” (Yunanıstan), “Bodo Qlimt” (Norveç), “Marsel” (Fransa).

 

4-cü səbət: “Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Yunion” (Belçika), “Qalatasaray” (Türkiyə), “Qarabağ” (Azərbaycan), “Nyukasl” (İngiltərə), “Atletik” (İspaniya), “Kayrat” (Qazaxıstan), “Pafos” (Kipr).

Top