Weather Data Source: havadurumuuzun.com

“Qarabağ” üçün tanış rəqib

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı play-off rəqibi “Ferentsvaroş” oldu. ZəfərNews.az xəbər verir ki, komandalar arasında ilk oyun avqustun 19-u Budapeştdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü isə avqustun 27-si Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və yerli vaxtla saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi “Ferensvaroş”a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

Top