Weather Data Source: havadurumuuzun.com

Sədulla Şirinov təltif olunub

09 avqust 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Sədulla Şirinov nəsr sahəsində uğurlu fəaliyyətə görə “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “İsa Muğanna” diplomu ilə təltif olunub.

Diplomu MYK-nın icraçı katibi, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib.

Balakən rayonu, Qaravəlli kəndində baş tutmuş təqdimat mərasimində “Xəzan” jurnalının baş redaktoru, tanınmış yazıçı Əli bəy Azəri, yazıçının yaxınları, rayon və kənd sakinləri, eyni zamanda ölkəmizin müxtəlif bölgələrindən olan ədəbiyyatsevərlər iştirak ediblər:

“Yazarlar” cameəsi adından dəyərli qələm dostumuz Sədulla Şirinovu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top