Heydər İlham oğlu Əliyevin doğum günü münasibətilə

Heydər İlham oğlu Əliyevin doğum günü münasibətilə
Bu gün Azərbaycan xalqı üçün xüsusi bir gündür. Dövlətimizin möhtərəm Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ailəsinin sevinci, ən kiçik övladları və yeganə oğulları Heydər İlham oğlu Əliyevin doğum günüdür.
Heydər Əliyev Azərbaycan xalqının tarixi və milli dəyərlərinə dərin bağlılığı ilə seçilən, dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Bu ad ona yalnız ailəvi dəyər deyil, həm də böyük məsuliyyət bəxş edir. Azərbaycan xalqının gələcək ümidlərini, müasir və güclü dövlətimizin parlaq sabahını təmsil edən Heydər Əliyevin böyüməsi, təhsili və həyatı hər bir vətəndaş üçün qürur mənbəyidir.
Mehriban xanım Əliyevanın zərif və yüksək mənəvi dəyərlər üzərində qurduğu analıq qayğısı, İlham Əliyevin isə dövlətə və millətə sadiqlik yolunda örnək olan liderliyinin işığında yetişən Heydər Əliyev xalqımızın milli irsini, mədəniyyətini və əxlaqi dəyərlərini yaşadacaq bir nəslin nümayəndəsidir.
Bu əlamətdar gün münasibətilə Heydər İlham oğlu Əliyevi ürəkdən təbrik edir, həyat yolunun uğur və xoşbəxtliklərlə dolu olmasını arzu edirik. Azərbaycan xalqının duası və sevgisi hər zaman onunladır.
Doğum günün mübarək, Heydər Əliyev!
İmza:Pərvanə Salmanqızı


