Weather Data Source: havadurumuuzun.com

1 avqust – mənim həyatımın günəşi doğdu!

1 avqust – mənim həyatımın günəşi doğdu!

Bu tarix mənim üçün sadəcə bir gün deyil, ömrümün ən böyük sevinci, ən dəyərli hədiyyəsi, analıq hissini ikinci dəfə yaşadığım müqəddəs gündür. 1 avqustda Tanrı mənə gözəl, mərhəmətli, nur saçan bir qız bəxş etdi – mənim gül üzlü sevgi mələyim Jaləm dünyaya gəldi.

Sən mənim həyatımın işığı, gözümün nuru, bütün arzu və diləklərimin gerçəkləşmiş halısan, balam! Sənin saf qəlbin, gözəl xasiyyətin, içindəki mərhəmət hissi hər zaman mənə güc verir. Sən analığımı tamamlayan, həyatımın mənasını daha da dərinləşdirən ilahi bir nemətsən.

Jaləm, sənə baxdıqca Tanrıya şükür edirəm. Sənin varlığın mənə hər şeydən dəyərlidir. Arzum odur ki, ömrün həmişə işıqlı olsun, həyat səni sevgi, uğur, səadət və sağlamlıqla qucaqlasın. Yolun açıq, bəxtin daim parlaq olsun, gözəl qızım!

Doğum günün mübarək, ürəyimin ən dərin sevgisi, Tanrımın mənə bəxş etdiyi ən gözəl hədiyyəm – Jaləm!

“Qız övladı ananın ürəyində açan ən gözəl güldür – ətri bütün ömrünü bürüyər.”

Sevgi və qürurla,
Anan – Pərvanə Salmanqızı

Top