“Qarabağ”ın rəqibi cəzalandırıldı

“Şelburn” UEFA tərəfindən cəzalandırıldı. ZəfərNews.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gəldiyi rəqibi ev oyununda cəzalandırıldı.
Cərimənin səbəbi ilk oyununda azarkeşlər Dublindəki “Tolka Park” stadionunun keçidlərini bağladıqları üçün İrlandiya çempionu 4000 avro (təxminən 8000 manat) ödəyəcək.
Qeyd edək ki, mərhələnin ikinci görüşü iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.


