Milli Mətbuat Günü münasibətilə həmkar dostlarıma

Milli Mətbuat Günü münasibətilə həmkar dostlarıma
Qələm sahibinin səsi millətin vicdanıdır. Sözün gücünü haqqın tərəfinə çevirən, işığın izinə düşüb qaranlıqları aydınlatmağa çalışan bütün dəyərli mətbuat nümayəndələrini – əziz həmkarlarımı 22 İyul Milli Mətbuat Günü münasibətilə qəlbən təbrik edirəm.
Bu müqəddəs yol – qələminin məsuliyyətini daşıyanların, cəmiyyətə güzgü tutanların, millətin dərdinə, sevincinə bələd olanların yoludur. Sizlər gündəlik həyatın təlatümündə sözün ədalətini qoruyursunuz – susmayan vicdan, danışan gerçəklik kimi…
Ən çətin zamanlarda da gerçəyə sadiq qalan, haqqın carçısı olan, qələmindən nur süzülən bütün mətbuat əhli – sizinlə qürur duyuram!
Qoy sözünüz daim kəlam olsun, işığınız heç zaman sönməsin! Ədalətin, haqqın, doğrunun yanında olan bütün qələm sahiblərinə ruhən güc, qələminizə müdriklik, yolunuza nur arzulayıram!
Milli mətbuatımız yaşasın – sözə sədaqətlə yaşayanlarla!
Hörmət və sevgi ilə,
Pərvanə Salmanqızı


