“Real”dan “Beşiktaş”a keçə bilər

“Real Madrid” sabiq fubolçu Luqas Vaskes karyerasına Türkiyədə davam edə bilər. “ZəfərNews.az”ın idman bölməsi xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Xəbərə əsasən, “Beşiktaş” ispaniyalı futbolçu ilə ilk təmaslar qurulub. Oyunçu tərəfi bu keçidə mübət yanaşır. 34 yaşına yeni keçmiş oyunçu ailəsi ilə danışdıqdan sonra qərar verəcək.
Qeyd edək ki, Vaskes hal-hazırda azad agent statusundadır.


