“Qarabağ” heyətinə yeni əcnəbi oyunçu transfer etdi

“Qarabağ” yeni transfer etdi. Bu barədə klubun özü məlumat yayıb.
Xəbərə əsasən, Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.
Klubla Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu arasında 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.


