Firuz Mustafa yazır

“Mən türkəm…” deyən rus dahiləri
Mən professional dilçi və tarixçi deyiləm. Amma dilə və tarixə pis bələd deyiləm.
Bunu nə üçün deyirəm?
Tez-tez dünyanın bir çox türk əsilli tanınmış adamları ilə bağlı yazılar qələmə alıram. Əksər yazılarımın “qəhrəmanları” türk əsilli ruslardır.
Rusların əksəriyyətinin kökünün türklərlə bağlı olması təsadüf deyildir. Axı onlar əsrlər boyu tatarların, başkurların, xakasların, qazaxların, Krım tatarlarının, uyğurların, Azərbaycan və Osmanlı türklərinin əhatəsində yaşayıblar.
Mən yazılarımda əsasən rus mənbələrinə isnad edirəm. Nə yazıqlar ki, hansısa bir kitabı sonacan oxumayan, latın əlifbasına hələ də “latın dili” deyən “tədqiqatçı” və psevdoalimlər “mızılıgiya” ilə məşğul olaraq hər şeyə bir qulp qoymaqdadır.
Bəli, slavyanlarla türklərin qohumluğunun kökü dərindir.
İndi desəm ki, məşhur Aleksand Nevski Batı xanın (ögey) qardaşıdır, bir çox “başbilənlər” ağız büzüb deyəcəklər ki, bu, haradan çıxdı? Zəhmət çəkin Lev Qumilyovu oxuyun. Bilənlər bilir, Batı xan Çingiz xanın nəvəsidir, özü də Qızıl Ordanın təməlini qoyandır.
Bəli, dəfələrlə yazmışam ki, Lev Tolstoy əslən Mamay xanın, Dostoyevski Mirzə Çələbilər, Turgenev Mirzə Turgenlər nəslindəndir.
Qalan faktları məcburam qısaca orijinalda, rus dilində təqdim edəm. Bəlkə mənim türkcə yazdığım bəzi binəvaları qane etmir, qoy məni “türkləri ruslaşdırmaqda” qınayanlar rusca oxuyub “rahatlansınlar”.Николай Карамзин. Его род, Карамзины, происходит от татарского князя Кара Мурзы, что переводится как «черный принц», сообщает ВКонтакте.
Иван Тургенев. Род Тургеневых, согласно Бархатной книге, ведет свое начало от татарского мурзы Арслана Тургена, который в 1440 году перешел на службу к русскому князю.
Александр Куприн. Сам писатель считал себя татарином и, по словам исследователей, в его произведениях и жизни прослеживаются татарские мотивы.
Александр Блок. Хотя по отцу у него немецкие корни, по материнской линии, через род Бекетовых, он имел татарские корни.
Владимир Набоков. Его род, по словам родственников, происходит от татарского князя Набок Мурзы.
Hə, indi “rahatlandınız”?
Gördünüz ki, bunlar türk əsilli rus yazıçılarıdır.
Siyahı uzundur. Hamısını birdən təqdim etmək olmaz… Zira əvvəlcə irəlidə deyilənləri həzm etmək gərək.Mənbə: Firuz Mustafa
Müəllif və təqdimat: Firuz MUSTAFA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: [email protected]


