Weather Data Source: havadurumuuzun.com

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin növbəti 16-cı sayı işıq üzü görüb

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin növbəti 16-cı sayı işıq üzü görüb

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçi Rəfaii Tağızadə, baş redaktor Vaqif Osmanlı, rəssam Sehran Allahverdi) növbəti 16-cı sayı (iyul, 2025) ədəbiyyatsevərlərin görüşünə gəlib.

Bu sayda Musa Yaqubun, Ələmdar Quluzadənin, Fəxri Müslümün, İsmayıl Mərcanlı İmanzadənin, Zeynalabdin Novruzoğlunun, Aysel Xanlarqızı Səfərlinin, Xatirə Fərəclinin, Nazir Rüstəmovun, Məmməd Mərzilinin, Lale İsmayilın, Nazim Hüseynlinin, Solmaz Qəribelin, Elmaya Cabbarovanın şeirləri, Kamran Nəzirlinin “Gecə yaman uzundur”, Vaqif Əsədoğlunun “Ana” hekayələri, Hacı Əvəz Abdullayevin “Deyimlər”i, Safruh Atalının “Bir doğmam varmış” və “Uşaq dili” içsəsləri (esse), Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin nəzdindəki “Gənc Yazarlar və Ədəbiyyatşünaslar Klubu”nun üzvləri Gülay Tahirlinin, Füruzə Quliyevanın, Rafiq Təhməzin şeirləri, Fərasət Babazadənin “Qırmızı cild ” hekayəsi, Sədaqət Babayevanın “Kimyagərin mesajı bilirsinizmi nədir?” ədəbi təhlili, publisistika bölümündə Rəfail Tağzadənin “Sənin ki, bu qədər təmizliyin var” yazısı, “Təhlil” bölümündə Alimcan Dövlətovun “Həzrət Nəvai Həzrət Nəqşibəndin nəbirəsi”, Aygün Bağırlının “Taleyimiz qələm verdi əlimizə” məqalələri, “Dünya Ədəbiyyatı” bölümündə Vislava Şimborskanın şeirləri, Çingiz Aytmatovun “Köçəri quşların ağısı” hekayəsi çap olunub.

PDF – OXU >>>”ƏDƏBİ OVQAT ” – 16 – 2025

Müəllifləri, ədəbiyyatsevərləri təbrik edirik.

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisi

Top