Azər Turan – 1963

Neftçalalı ziyalılarımızı tanıyaq
Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Əbilov Azər İmamverdi oğlu 1963-cü ildə Neftçala rayonunda anadan olub.
Neftçala şəhər 1 nömrəli tam orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Neftçala rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, “Yeni Azərbaycan” qəzetində humanitar şöbənin müdiri, “Ədəbiyyat” əlavəsinin məsul redaktoru, “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışmışdır. 2015-ci ildən “Ədəbiyyat qəzeti”nin baş redaktorudur.
Müxtəlif illərdə Prezident Təqaüdünə, “Hüseyn Cavid” mükafatına, “Qızıl Kəlmə” mükafatına, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına, “Rəsul Rza” Mükafatına, “İlin alimi” adına, “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanına, “Səməd Behrəngi” mükafatına, TÜRKSOY tərəfindən Vamberi medalına və “Ədəbiyyat adamı” mükafatına layiq görülmüşdür.
Yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. 40-dan artiq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınan Azər Turan, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Silsilə yazıları Azərbaycanda və xarici ölkələrdə dərc olunub.
İstanbulda, Ankarada, Moskvada, Tbilisidə, Bakıda, Almatıda, Daşkənddə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib.
10-a yaxın filmin ssenari müəllifidir.
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: [email protected]


