Vasif Qurbanzadə yeni vəzifəyə təyin edilib

Vasif Qurbanzadə yeni vəzifəyə təyin edilib
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.
“Report”un yaydığı məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.
Mədəniyyət Nazirliyindən “təyinat xəbərini təsdiqləyiblər: “Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”.
Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəz edib. O bundan öncə nazirliyin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.
Akif Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyinatı alıb.
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: [email protected]


